Britaniyanın yeni Baş naziri Rişi Sunak hökumət kabinetini formalaşdırmağa başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.
Məlumata görə, müdafiə naziri Ben Uolles və xarici işlər naziri Ceyms Kleverli vəzifələrində qalıblar.
Liz Trass hökuməti zamanı istefa verən Suella Breyverman daxili işlər naziri olaraq öz vəzifəsinə geri qayıdıb.
Sabiq xarici işlər naziri Dominik Raab baş nazirin müavini və ədliyyə naziri təyin edilib.