
Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda deyib.
Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.
“Bu, düşünülmüş informasiya əməliyyatıdır”, - Putin vurğulayıb.
Rusiya Prezidenti ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib: “Hər gün televiziyada və internetdə Ukraynada insanların küçə itləri kimi necə toplanıb zorla cəbhəyə sürükləndiyini izləyirik...”.