ABŞ Prezidenti Co Bayden Vaşinqtonda İsrail Prezidenti İsaak Hersoq ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Liderlər Tehranın nüvə proqramı və İran silahlarının Rusiyaya tədarükü ilə bağlı müzakirələr aparıblar.
Hersoq Baydenlə birlikdə gələn ay Misirdə keçiriləcək BMT-nin iqlim dəyişikliyi sammitində iştirak edəcəklərini bildirib.
Qeyd edək ki, Hersoq çərşənbə axşamı Vaşinqtona iki günlük səfərə gedib. O, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, dövlət katibi Entoni Blinken, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.