Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevlə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Şarl Mişel “Tvitter”də yazıb.
O, Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirmək niyyətində olduğunu bildirib: “Qazaxıstan Prezidenti ilə ümumi maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin intensivləşən iqtisadi əlaqələr, insan hüquqları barədə fikir mübadiləsi aparılıb”.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Qazaxıstanın paytaxtı Astanada səfərdədir.