MDB-yə üzv dövlətlərin hökumət başçılarının növbəti iclası 2023-cü il iyunun 2-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.
Senzor.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin başçısı Sergey Lebedev bildirib.
Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrlik Qırğız Respublikasına keçir.
**11:10
Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Bu barədə Senzor.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamlayıb.
**10:01
Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclası başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda 10-dan çox sənədin qəbul ediləcəyi nəzərdə tutulub.
Tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.
MDB Hökumət Başçıları Şurasının iclası 1991-ci ildən etibarən keçirilir. Budəfəki iclas sayca 80-cidir. Qurumun sonuncu toplantısı bu ilin mayında videokonfrans formatında baş tutub.
Xatırladaq ki, hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğız Respublikasına keçəcək. Qazaxıstan və Rusiya isə həmsədr olacaq.