Paşinyanın partiyasının Qarabağ nizamlanması ilə bağlı yeni konsepsiyası
NƏ DƏYİŞİKLİK VAR?

Oktyabrın 29-da Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qurultayında Qarabağ probleminin həlli ilə bağlı yeni konsepsiya təsdiq edilib.

 

“Turan” bildirir ki, qurultayda çıxış edən parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, Türkiyə və Azərbaycanla qeyri-sabit münasibətlər “Ermənistanın təhlükəsizliyinə daimi təhdid mənbəyidir və bu, aradan qaldırılmalıdır”.

 

“Biz əminik ki, Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməyin yolu regionun bütün ölkələri, ilk növbədə Türkiyə, Azərbaycan, İran və Gürcüstanla birgəyaşayış formulunu hazırlamaqdan keçir.

 

Ermənistan öz qonşuları üçün təhlükə mənbəyi hesab edilməməlidir, onun qonşuları isə Ermənistan üçün təhlükə mənbəyi olmamalıdır”, - “Armenpress” agentliyi  Rubinyandan sitat gətirib.

 

“Dağlıq Qarabağ probleminə gəlincə, partiya onun həlli üçün yeni konsepsiya qəbul edir. Əgər əvvəllər Qarabağın statusu onların hüquq və təhlükəsizliyini təmin edən prioritet hesab olunurdusa, indi ermənilərin təhlükəsizliyi və hüquqları prioritet hesab edilir və status bu təminatlar sistemindən çıxarılır”, - o deyib.

 

Sülhün bərqərar olması partiyanın 2026-cı ilə qədər olan dövr üçün 3 prioritetindən biri adlandırılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.