Bu gün Şuşada Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilir.
Senzor.az xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.
İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:
- "Ali təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi.
- İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər.
Qeyd edək ki, "Ali təhsil haqqında” qanun layihəsi ilk dəfədir ki, parlamentin komitələrində müzakirəyə çıxarılır. Bundan əvvəl qanun layihəsi İşçi qrupda müzakirə olunub.