Bu ilin sonunadək azad edilmiş ərazilərdə beş meteorologiya stansiyasının quraşdırılması planlaşdırılır.
Senzor.az-ın məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycanda "yaşıl" transformasiya: Dayanıqlı inkişaf məqsədləri" adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda "yaşıl" transformasiyaya yönəlmiş bir sıra tədbirlər keçirilir.
"2030-cu ilədək "yaşıl" transformasiya hədəflərinə çatmaq üçün müvafiq strukturlar tərəfindən müxtəlif layihələr icrta olunur. Son onillikdə biz iqlim dəyişiklikləri ilə əlaqədar müxtəlif təbii risklərlə üzləşmişik", - deyə o bildirib
Nazir qeyd edib ki, azad edilmiş ərazilərd "yaşıl zona"ların yaradılması, sırf "yaşıl" texnologiyaların tətbiqi üzrə işlər aparılır.
"10 çayda 11 meteostansiya quraşdırılıb. İlin sonunadək Şuşa, Ağdam, Kəlbəcər və digər ərazilərdə daha 5 stansiyanın quraşdırılması planlaşdırılır. Həmçinin, təbii ehtiyatların mühafizəsi üzrə işlər aparılır", - M.Babayev deyib.