“İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndim”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün Twitter səhifəsində türk dilində yazıb.
“Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir”, - deyə dövlət başçısı qeyd edib.
İstiklal Caddesi’nde meydana gelen patlamada çok sayıda can kaybı ve yaralı olduğu haberini derin üzüntüyle öğrendim. Hayatını kaybedenlerin yakınlarına taziyelerimi sunuyorum ve yaralananlara acil şifalar diliyorum. Dost Türk halkının acısı bizim acımızdır.
— Володимир Зеленський (@ZelenskyyUa) November 13, 2022