Tramp Türkiyəyə min nəfərlə gəlir - SƏFƏR PROQRAMINDA NƏLƏR VAR?
VİDEO

ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində iyulun 7-də Ankaraya səfər edəcək.

 

Bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Amerika liderini müşayiət edəcək təxminən 1000 nəfərlik nümayəndə heyəti isə hazırlıqları başa çatdırmaq məqsədilə Türkiyənin paytaxtına bir neçə gün əvvəl gələcək. ABŞ Prezidentinin təhlükəsizliyi və logistikasına cavabdeh olan xüsusi agentlər və sahə qrupları Donald Trampın səfərindən əvvəl Ankarada yerləşərək istifadə olunacaq marşrutları, təhlükəsizlik perimetrlərini və kortejin hərəkət planını dəqiqliklə hazırlayacaqlar.

 

ABŞ Prezidenti Ankaradakı proqramına ilk olaraq Anıtkabiri (Mustafa Kamal Atatürkün məzarını) ziyarət etməklə başlayacaq, ardınca Prezident Sarayına yollanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarını Beştəpədə keçiriləcək rəsmi mərasimlə qarşılayacaq. Trampın xidməti avtomobili Prezident Sarayına gedən marşrut boyunca atlı dəstə tərəfindən müşayiət olunacaq.

 

Rəsmi qarşılama mərasimindən sonra liderlər əvvəlcə təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar baş tutacaq.

 

Görüşdə Türkiyənin yerli döyüş təyyarəsi KAAN üçün F-110 mühərriklərinin tədarükü, Ankaranın F-35 proqramına yenidən qoşulması, eləcə də Yaxın Şərqdə baş verən son hadisələr kimi mühüm məsələlərin müzakirə olunacağı bildirilir. Görüşlərin yekununda Ərdoğan və Trampın bir sıra razılaşmalar imzalayaraq birgə mətbuat qarşısına çıxacaqları gözlənilir.

 

Xatırladaq ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.