Paşinyan Tehranda Pezeşkianla görüşdü - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Nikol Paşinyan İranın mərhum Ali rəhbəri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verib.

 

Pezeşkian Baş nazirə Əli Xamenei ilə rəsmi vida mərasimində iştirak etmək üçün Tehrana gəldiyinə görə təşəkkür edib. O bildirib ki, Ermənistan hökumətinin çətin vəziyyətində İrana qarşı tutduğu mövqeyi və göstərilən humanitar dəstəyi yüksək qiymətləndirir. 

İran Prezidenti Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ikitərəfli münasibətlərin bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

 

Tərəflər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl addımların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.