
Rusiya ordusunun iyulun 1-dən 2-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi kütləvi hava zərbələri nəticəsində həlak olan mülki şəxslərin sayı 30 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hava zərbələrindən xəsarət alanların sayı isə 90 nəfəri ötüb, onların arasında uşaqlar da var.
Hazırda Kiyevdə 4 lokasiyada dağıntıların təmizlənməsi işi davam edir.
Qeyd edək ki, Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 30-a yaxın yaşayış binası dağılıb. Ən böyük dağıntı isə Kiyevin Darnitski rayonunda yerləşən 9 mərtəbəli binada baş verib. Hazırda dağıntıların altında insanların qaldığı güman olunur.
Rusiya ordusunun Ukraynaya hava hücumu zamanı ümumilikdə 70-dən artıq müxtəlif tipli raketdən və 500-ə yaxın drondan istifadə etdiyi bildirilir. Əsas hədəf Kiyev şəhəri olub.
Bu gün Kiyevdə matəm günüdür.


