
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.