Bakıda marşrut avtobusu ağaca çırpıldı, yaralanan var – VİDEO

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib.

 

“Qafqazinfo” xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb.

 

Nəticdə, avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

**

Hadisə ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli KİV-in sorğusuna cavab olaraq bildirib ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb: “Hadisə 01.07.2026-cı il tarixində saat 09:30 radələrində Suraxanı rayonu Əmircan qəsəbində qeydə alınıb. Nəticədə Kazımov Əli Əzim oğlu xəsarət alıb. Qəza ilə bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır”.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.