Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib
VİDEO/FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib.

 

Senzor.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd olunub ki, S.Qafarovanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

 

Tehranın Mehrabad beynəlxalq hava limanında nümayəndə heyətini İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, ölkəmizin İrandakı səfiri Əli Əlizadə və protokol əməkdaşları qarşılayıblar.

 

Sonra S.Qafarovanın başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti Tehranın Mosallah kompleksində keçirilən vida mərasimində iştirak edib.

 

Tədbirdə Milli Məclisin sədri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə edib, Azərbaycan xalqının dərin hüzn və ehtiramını İran xalqına çatdırıb.

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Samir Şərifov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.