Tehranda Xamenei ilə vida mərasimi keçirilir - VİDEO/FOTO

Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb. 

 

Mərasimdə 100-dən çox dövlətin təmsilçisinin, 600 xarici jurnalistin iştirak edəcəyi bildirilir. Yeri gəlmişkən, Azərbaycan nümayəndə heyəti də vida mərasimində iştirak etmək üçün Tehrana gəlib. Nümayəndə heyəti bir qədər əvvəl Tehrana çatıb, onları hava limanında İran rəsmiləri qarşılayıblar.

 

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Mərasimə İranda yaşayan dini və etnik azlıqların rəhbərləri də qatılıblar. İranın mədəniyyət və islam irşad naziri Abbas Salehi bildirib ki, bir həftə davam edəcək mərasimdə ümumilikdə 15-20 milyon insanın iştirak edəcəyi gözlənilir.

 

Yeri gəlmişkən, İran Prezidenti Məsud Pezeşkian televiziya müraciətində xalqı dəfn mərasimində hamılıqla iştiraka dəvət edib.

 

Qeyd edək ki, mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

 

Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdikləri aviazərbələr nəticəsində həlak olub.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.