Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Senzor.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,69 ABŞ dolları və ya 2,14% artaraq 80,77 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti (15,81 dollar) 2020-ci il aprelin 21-də, maksimal qiyməti (149,66 dollar) isə 2008-ci ilin iyulunda qeydə alınıb.