Azərbaycan Prezidenti Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşüb
VİDEO/FOTO

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

 

Senzor.az bildirir ki, dövlətimizin başçısı Qazaxıstan Respublikasının yeni parlamentinə - Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbriklərini çatdıraraq qeyd etdi ki, bu, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlara Qazaxıstan xalqının dəstəyinin növbəti nümunəsi idi.

 

Qazaxıstan Prezidenti dövlətimizin başçısının göndərdiyi təbrik məktubuna və Azərbaycandan olan müşahidəçilərin bu seçkilərdə fəal iştirakına görə minnətdarlığını bildirdi.

 

Görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu, münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı. Nəqliyyat-logistika məsələləri müzakirə olundu, Orta Dəhlizin əhəmiyyətinə toxunuldu, bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

Dövlət başçıları Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinin Bakıda keçiriləcəyinə də toxundular.

 

Söhbət zamanı, həmçinin gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.