
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə üçtərəfli strateji və müdafiə əməkdaşlığı mexanizminin formalaşdırılmasına başlayıblar.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, Məkkə birgə müdafiə sazişi çərçivəsində ilk görüş avqustun 31-i İstanbulda keçirilib.
Nümayəndə heyətlərinə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistanın xarici işlər naziri İshaq Dar və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman rəhbərlik ediblər.
Pakistanın Xarici İşlər Nazirliyindən daha əvvəl bildirilib ki, iclas Məkkə sazişinə uyğun olaraq yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsi formatında planlaşdırılıb. 
Sənədin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bu yaxınlarda imzalanmasından sonra keçirilən ilk nazirlər görüşü üçtərəfli strateji və müdafiə əməkdaşlığı sisteminin formalaşdırılmasının ilkin mərhələsi kimi qiymətləndirilir.
AFP-nin məlumatına görə, iştirakçılar müdafiə potensialının gücləndirilməsini, üç dövlətin silahlı qüvvələrinin operativ uyğunluğunun artırılmasını və müdafiə sənayesində əməkdaşlığın inkişafını müzakirə edəcəklər.
Avqustun 7-də Məkkədə imzalanan sazişə əsasən, iştirakçı dövlətlərdən birinə hücum bütün üzv ölkələrə edilən hücum kimi qiymətləndiriləcək.