
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfər edib.
Senzor.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gedib.
Milli Məclisin sədrini Belqrad şəhərinin Nikola Tesla hava limanında Serbiya Respublikasının daxili və xarici siyasət naziri, EXPO-2027-in Baş Komissarı Yaqoda Lazareviç, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.