ATƏT-in Varşava görüşü pozuldu – BLİNKEN RUSİYANI GÜNAHLANDIRDI

ABŞ Dövlət katibi Blinken Rusiyanı ATƏT-in Varşavada keçirilən İnsan Haqları toplantısını pozmaqda günahlandırıb. Tədbirin sentyabrın 27 -də keçirilməsi planlaşdırılırdı.
 
"Təəssüf ki, ATƏT-in 2021-ci ildə İnsan Haqları Toplantısı Rusiya hökumətinin bu görüşü bloklamaq qərarı ucbatından baş tutmadı. Rusiya hakimiyyətinin pisləşən insan hüquqlarının vəziyyətinə nəzarətə maneə törətmək cəhdindən dərin təəssüf hissi keçiririk", - Blinken deyib.
 
Azvision.az xəbər verir ki, Amerika diplomatik xidməti rəhbərinin sözlərinə görə, Vaşinqton insan hüquqları mövzusunda "ATƏT-dən və iştirakçı dövlətlərdən planlaşdırılan görüşü hələ də keçirmələrini gözləyir".
 
O, ABŞ-ın dünyada insan haqları pozuntularına laqeyd qalmayacağını vurğulayıb.
 
"Biz regionda insan hüquqları ilə bağlı bütün məsələlərə ATƏT-in diqqətini cəlb etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik", - deyə Dövlət katibi fikrini yekunlaşdırıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.