Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşüb - FOTO
Sentyabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
 
Senzor.az
-ın məlumatına görə, Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Tokayev dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. Ölkə başçısı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, qədim tarixə malik münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən inkişaf etdirilən bu münasibətlər hazırda Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirilir. Prezident Kasım-Jomart Tokayev onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
 
Səmimi görüş üçün minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Qazaxıstanın dövlət başçısına çatdırıb. Bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan və Qazaxıstan arasında münasibətlər tamamilə yeni səviyyəyə yüksəlib. Sevindirici haldır ki, gələn il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.
 
Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz qanunverici orqanlar səviyyəsində də yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir. S.Qafarova xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
 
Sonra Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın dövlət başçısına Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini deyən Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri həyata keçirir. Milli Məclisin sədri, həmçinin xatırladıb ki, Ermənistan işğal dövründə şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. S.Qafarova Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Şuşa və Füzuli rayonlarına səfər etdiyini, Ermənistan tərəfindən törədilən vandalizmi öz gözləri ilə gördüyünü bildirib.
 
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı siyasəti barədə danışan Milli Məclisin sədri Xocalı soyqırımının 30 illiyi ərəfəsində Qazaxıstan parlamentinin də bu məsələyə münasibət bildirməsi istəyini ifadə edib.
 
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.