Türkiyənin hərbi nümayəndə heyəti Vasif Talıbovla danışıqlarda - NƏLƏR MÜZAKİRƏ OLUNUB?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Senzor.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri nümayəndə heyətini Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı hərbi əməkdaşlıqdan bəhs edib.
 
Muxtar respublika ilə Türkiyə arasında ordu quruculuğu sahəsində görülən işləri və həyata keçirilən hərbi təlimləri diqqətə çatdıran Ali Məclisin sədri Naxçıvanda müdafiə təhlükəsizliyinin təmin olunduğunu bildirib, İkinci Qarabağ müharibəsində Türkiyə dövlətinin siyasi dəstəyini qeyd edib.
 
Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrinin ölkə prezidentləri tərəfindən uğurla davam etdirildiyini və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib, Qars müqaviləsi və Şuşa bəyannaməsinin bu mənada əhəmiyyətini vurğulayıb.
 
Göstərilən səmimi münasibətə və nümayəndə heyəti ilə görüşə görə minnətdarlıq edən Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dərə Vətən müharibəsində qazanılan tarixi qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Qonaq ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi olaraq ordu quruculuğu sahəsində görülən işlərin vacibliyini vurğulayıb, Naxçıvan Muxtar Respublikasının mühüm strateji və coğrafi əhəmiyyətinə toxunub.
 
Görüşdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.