“Azərbaycanın ötən il 44 günlük çətin mübarizəsi Zəfərlə nəticələndi. Beləliklə, Azərbaycan 30 illik işğala son qoydu, işğal altındakı torpaqlar, Qarabağ azadlığına qovuşdu”.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
O, işğaldan azad edilmiş Şuşanı ziyarət etdiyini xatırladıb.
“Azərbaycanlı qardaşlarımızın sevinclərinə şərik olduq. Qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla görüşəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın dünən “Haber Global”a müsahibəsində Prezident Rəcəb Tayyib Ərdoğanın tezliklə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyini bəyan etmişdi: “Füzulidəki hava limanı tamamlanmaq üzrədir. Bu yaxınlarda onun açılışı da keçiriləcək. Həmin açılışa Prezidentimiz də qatılacaq”.