Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə “Sputnik Armeniya” xəbər yayıb.
Qeyd olunur ki, telefon danışığı zamanı ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən yüksək səviyyəli görüşlərin keçirilməsi, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların reallaşması müzakirə olunub.
Nazilər mina xəritələrinin təqdim olunması və mədəni irs abidələrinin qorunması kimi aktual humanitar problemlərin ardıcıl həllininin vacibliyini vurğulayıblar.