Gürcüstanda kritik bələdiyyə seçkiləri başlayıb – SAAKAŞVİLİ UKRAYNA KONSULU İLƏ GÖRÜŞ TƏLƏB EDİR

Bu gün Gürcüstanda bələdiyyə seçkiləri keçirilir.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səsvermə səhər saat 8:00-da başlayıb.
 
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkə üzrə 3664 seçki məntəqəsi var. Eyni zamanda, pentensiar müəssisələrdə 9, xəstəxanalarda müalicə olunan və xüsusi təcridxanalarda saxlanılan şəxslərin səsvermədə iştirakını təmin etmək üçün 70 seçki məntəqəsi yaradılıb.
 
Seçici siyahılarında 3 milyon 497 min 345 seçicinin adı var. Onlardan 39 min 135-i bu il ilk dəfə səs verəcək.
 
Bu gün Gürcüstan vətəndaşları növbəti 4 il üçün 63 mer və 63 sakrebuloya (yerli məşvərətçi orqan) 2068 deputat seçəcəklər.
 
Səsvermənin gedişini seçici subyektləri tərəfindən 21 min 483 müşahidəçi, 100 yerli müşahidə missiyası tərəfindən 31 min 310 müşahidəçi, 52 beynəlxalq təşkilat və ölkədə akkreditə olunmuş səfirliklər tərəfindən isə 1024 müşahidəçi izləyəcək.
 
Səsvermə axşam saat 20:00-da başa çatacaq.
 
Bu arada məlum olub ki, seçkiləri izləmək üçün 8 illik fasilədən sonra Gürcüstana qayıdan və həbs olunan sabiq prezident Mixail Saakaşvili türmədə aclıq aksiyasını davam etdirir və Ukrayna konsulu ilə görüş tələb edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.