Ermənistanın Baş prokurorluğu sabiq prezident Serj Sarkisyanın Baden-Baden kazinolarında 100 milyon dollar uduzması ilə bağlı məsələni araşdırır.
“Sputnik Ermənistan" xəbər verir ki, prokurorluq bu barədə məlumatları müvafiq materialların hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə göndərib.
Baş prokuroruluq bundan əvvəl məlumatların araşdırılması üçün polisə müraciət etsə də, cavab almayıb.
Qeyd edək ki, Ermənistan parlamentinin avqustun 25-də keçirilən iclasında hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezidentin Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.
Bundan sonra Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.
Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini inkar etməsə də, kazinolara baş çəkmədiyini deyib.