Tbilisidə sabiq prezident Mixail Saakaşviliyə dəstək olaraq “Mişaya azadlıq!” şüarı altında keçirilən kütləvi mitinq başa çatıb.
Üç saatdan çox davam edən aksiyada on minlərlə insan iştirak edib.
Mitinqə dövlət himninin canlı oxunması ilə yekun vurulub.
Sonda çıxış edən Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya deyib ki, üçüncü prezidentin həbsdə qalacağı müddətdə Gürcüstanda əmin-amanlıq hökm sürməyəcək.
O qeyd edib ki, eks-prezident azadlığa buraxılmayana qədər mübarizə dayandırılmayacaq.
VMHP sədri aksiyaya qatılan müxalifət partiyalarının nümayəndələrinə və sıravi vətəndaşlara təşəkkürünü bildirib.
**19:20
Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin genişmiqyaslı mitinqi keçirilir.
APA-nın xəbərinə görə, “Azadlıq” meydanına toplanan müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları sabiq prezident Mixail Saakaşvilinin həbsdən azad edilməsini tələb edirlər.
Mitinqə paytaxt sakinləri ilə yanaşı Gürcüstanın müxtəlif bölgələrindən də çox sayda müxalifət tərəfdarının toplaşdığı bildirilir.
Əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.
Mitinqin keçirildiyi “Azadlıq” meydanında, eləcə də Rustaveli prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
**10:56
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçmiş Prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək.
“Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da Azadlıq meydanında təşkil olunacaq.
Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.
Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.
@Report" xatırladır ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.