Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,43 dollar azalaraq 85,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,91 dollar artaraq 83,87 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq 87,13 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 19-da (86,76) qeydə alınıb. Neftin qiymətində son bahalaşma ABŞ Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarının 0,4 milyon barel azaldığını açıqlamasından sonra müşahidə olunur.