Türk Şurasının sammitində çox önəmli qərarlar qəbul olunacaq – PREZİDENTİN KÖMƏKÇİSİ ANONS VERDİ
“Dünyada beynəlxalq təşkilatlar çoxdur. Amma biz qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir”.
 
Senzor.az bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Media Forumunda çıxışı zamanı deyib.
 
“Beynəlxalq təşkilatlar bəzən siyasi, iqtisadi və digər maraqlar əsasında formalaşır. Təbii ki, bizim təşkilatın da bu kimi maraqları var. Lakin bundan əlavə Türk Şurasının təməlində, ana fəlsəfəsində məhz bizim qardaşlığımız, ortaq dəyərlərimiz, keçmişimiz və tariximiz dayanır. Türk Şurasının gücü və qüdrəti bundan qaynaqlanır. Türk Şurası dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan təşkilatdır”, - deyə H.Hacıyev vurğulayıb.
 
Bir neçə həftədən sonra dövlət başçılarının iştirakı ilə Türk Şurasının Zirvə görüşünün keçiriləcəyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Bu Sammitdə vacib qərarların qəbul olunması gözlənilir. Bu qərarlar Türk Şurasının beynəlxalq münasibətlərdə daha da güclü mövqeyə malik olmasına imkan yaradacaq. Türk Şurası dedikdə qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlıq nəzərdə tutulur. Bu, ilk növbədə, siyasi əməkdaşlığımızdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qətiyyətlə dəstəkləyir. 2019-cu ildə Bakıda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz sədrliyi dövründə əməkdaşlığımızın inkişafına hər sahə üzrə töhfə verməyə davam edəcək. Məmnunluq hissi ilə demək istərdim ki, Azərbaycanın sədrliyi dövründə əməkdaşlığımız daha da genişləndi, qardaş Özbəkistan Türk Şurasının tam hüquqlu üzvü oldu, qardaş Türkmənistan da müşahidəçi statusunda Türk Şurasına qoşuldu. Bu, bizim sıralarımızı daha da genişləndirdi. Eyni zamanda, dünya miqyasında Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.