İranın XİN rəhbəri Ceyhun Bayramova niyə zəng edib və nə cavab alıb... – DİPLOMATİK MESAJLARIN SƏTİRALTILARI
İran Xarici İşlər naziri Hüseyn Əmir-Abdollahian  azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
 
Ovqat.com-un İran səfirliyinə istinadən verdiyi məlumatına görə, tərəflər telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər.
 
Söhbət zamanı iki nazir arasında son konstruktiv təmaslara toxunan Əmir Abdullahian Azərbaycan Respublikasında saxlanılan iki iranlı sürücünün azad edilməsini yüksək qiymətləndirib və bu hərəkəti anlaşılmazlıqların aradan qaldırılması üçün lazımi zəmin hazırlaya biləcək konstruktiv addım adlandırıb.
 
Abdullahian həmçinin növbəti müsbət addımlar atmağa və İran yük maşınlarının Azərbaycan Respublikası ilə sərhədyanı ərazilərdə hərəkətini asanlaşdırmağa çağırıb.
 
Əmir Abdullahian telefon danışığında iki ölkənin gələcəyinə müsbət baxmağın vacibliyini və müştərək iqtisadi komissiyanın ən qısa zamanda aktivləşməsini arzuladığını vurğulayıb.
 
İran Xarici İşlər naziri qeyd edib ki, Tehran Bakı ilə ikitərəfli münasibətləri daha da inkişaf etdirmək və dərinləşdirmək əzmindədir.
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə hər iki ölkənin atdıqları müsbət addımları, iki iranlı sürücünün sərbəst buraxılmasını, İranın müvafiq orqanlarının sərhəd trafik qanunları ilə bağlı əmrini tərəflər arasındakı anlaşılmazlığın aradan qaldırılması üçün bir mesaj olaraq gördüyünü bildirib və alqışlayıb.
 
Azərbaycanın xarici işlər naziri iki ölkə arasında birgə iqtisadi layihələrin müəyyən edilməsini də müsbət təsirlər kimi qiymətləndirib və iki ölkə arasında birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasına çağırıb.
 
Söhbətin sonunda tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
 
Qısası, İran xarici işlər naziri münasibətlərimizin normallaşması üçün Gorus-Qafan yolunun pulsuz-parasız cənub qonşumuzun ixtiyarına verilməsinin şərt olduğunu dolayısıyla Bakının diqqətinə çatdırıb. Azərbaycan tərəfi isə incə diplomatik üslubla  bu kimi ilkin şərtləri bir kənara atmağı məsləhət bilib və cənub qonşumuzu diqqətini birgə iqtisadi əməkdaşlığa yönəltməyə çağırıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.