İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin sərəncamına əsasən, 2825 məhkum əfv olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ali Rəhbərin Administrasiyasından məlumat verilib.
Qeyd olunur ki, Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə imzalanan sərəncamla əfv olunan məhkumların bir qismi azadlığa buraxılıb, bəzilərinin isə cəza müddəti azaldılıb.
Xatırladaq ki, Məhəmməd Peyğəmbərin mövludu günü ilə əlaqədar olaraq İranda hər il əfv sərəncamı imzalanır.