Rusiyaya getmək istəyənlərin nəzərinə: QANUNLAR DƏYİŞİR
VİDEO

Yaxın vaxtlarda Rusiyanın miqrantlarla bağlı qanunvericiliyində ciddi yeniliklərin olacağı gözlənir. Belə ki, artıq miqrantlar üçün elektron çip sistemi tətbiq ediləcək. Burada əcnəbilərə məxsus əsas məlumatlar əks olunacaq. 
 
Ekspertlərin fikrincə, qanunvericiliyə edilən son dəyşikliklər Rusiyaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu ölkədə yaşamasını asanlaşdıracaq.
 
Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, miqrantlar üçün tətbiq ediləcək vahid sənəd - ID kartı onların dövlət xidmətlərinə çıxışını və Rusiya ərazisində olmalarının qanuniliyinin təsdiqini asanlaşdıracaq.
 
Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə və digər gəliş məqsədlərini birləşdirə bilərlər.
 
Həmçinin gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək. Xarici vətəndaşlar yeni növ viza - adi tibbi viza ala biləcəklər.
 
Sahib Məmmədov əlavə edib ki, qlobal əmək bazarında işçi qüvvəsinin çatışmazlığı var. Pandemiya səbəbindən son iki ildə miqrant sayında azalma olub. 12-13 milyon işçi miqranta ehtiyac olan Rusiyada belə addımın atılması gözlənilən idi.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.