"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək". Senzor.az bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı “Tvitter”də yazıb.
"Cənab Prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib.
Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.
Cenap Prezident Aliyev’in “Gardaşım” dediğinde kimi kastettiğini tereddütsüz herkes çok iyi bilir.Cumhurbaşkanlarımız bir yıl içinde 3.kez 26 Ekim’de, yarın Karabağ’da, 4.kez ise 12 Kasım’da İstanbul’da buluşacaklar.Bekliyoruz