Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilir.
Senzor.az bildirir ki, ikinci tur paytaxt Tbilisi də daxil olmaqla 5 şəhərdə, 15 bələdiyyəni əhatə edən 24 seçki dairəsində təşkil olunub. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ikinci turda 2 milyon 88 min 722 seçici səs verəcək.
Qeyd edək ki, oktyabrın 2-də keçirilən seçkilərdə paytaxt Tbilisi də daxil olmaqla 20 şəhər və 42 yerli majoritar dairədə namizədlər istənilən səs faizini toplaya bilməyiblər. Ona görə də bu dairələrdə səsvermənin ikinci turu təşkil olunub.
Səhər saat 8:00-dan 24 dairə seçki komissiyası üzrə 1830 seçki məntəqəsi, o cümlədən 29 xüsusi seçki məntəqəsi səsverməyə hazır vəziyyətə gətirilib.
Yeri gəlmişkən, Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçkilərin ikinci turunun keçiriləcəyi bütün seçki məntəqələrində yeni dizaynlı səsvermə kabinələri quraşdırılıb. Kabinalar elə qurulub ki, seçici görünsün, lakin səsvermənin məxfiliyini təmin etmək üçün onun bülleteni tamamilə gizlədilib. Seçkilərin birinci turunda yalnız Tbilisidəki seçki məntəqələrində yeni dizayn kabinələri quraşdırılmışdı. İndi onlar ikinci turun keçirildiyi hər yerdə var.Onu da qeyd edək ki, seçkidə əsas rəqiblər həmişə olduğu kimi, barışmaz düşmənlər – məşhur milyarder Bidzina İvanişvili və sabiq prezident Mixail Saakaşvilinin “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat” partiyalarıdır.
Daha bir maraqlı məqam. Mixeil Saakaşvili seçki ərəfəsində gizlin olaraq Gürcüstan ərazisinə daxil olub. O, oktyabrın 1-də Tbilisidə həbs edilib. Hazırda Rustavi həbsxanasında saxlanılır. Saakaşvili həbsxanada aclıq elan edib. Paytaxtda və digər şəhərlərdə onun sərbəst buraxılması ilə bağlı dəstək aksiyaları keçirilir.
Mixail Saakaşvili özü isə seçkiyə saatlar qalmış xalqa müraciət edərək, onu səs verməyə və Gürcüstanı xilas etməyə çağırıb. Sabiq prezident seçkilərin ikinci turunu demokratiya, ölkənin gələcəyi və öz həyatı üçün həlledici adlandırıb: “Bilməyinizi istəyirəm ki, mənim həyatım sabahkı (bugünkü-red.) qərarınız və Gürcüstanın qələbəsi ilə tamamilə bağlıdır. Bu gün aclıq aksiyasını tam şəkildə davam etdirirəm. Hər birinizə ümid edirəm".
Səsvermə saat 8:00-da başlayıb, axşam 20:00-da başa çatacaq.