ABŞ 6-cı Donanmasının flaqmanını və esminesini Qara dənizə göndərdi –
UKRAYNA-RUSİYA GƏRGİNLİYİ BLOKLARARASI MÜHARİBƏYƏ ÇEVRİLİR?
ABŞ 6-cı Donanmasının flaqman “Mount Whitney” gəmisini Qara dənizə göndərib.
 
ABŞ Dəniz Qüvvələri 6-cı Donanma Komandanlığının bəyanatında belə deyilir.
 
Qeyd olunur ki, “Mount Whitney” gəmisinin göyərtəsində ABŞ 6-cı Donanması Qərargahının və NATO Hücum və Dəstək Qüvvələri Komandanlığının (STRIKFORNATO) zabitləri də olacaq. Onlar NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq dənizi və Qara dənizdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar.
 
 6-cı Donanma həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Porter” esminetsini də Qara dənizə göndərildiyini açıqlayıb.   ""USS Porter" NATO müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımızla birgə əməliyyatlar aparmaq üçün şimala - Qara dənizə doğru hərəkətə başlayıb", - komandanlığın bəyanatında bildirilir.
   ABŞ hərbi gəmilərinin hansı məqsədlə Qara dənizə göndərildiyi tam açıqlanmasa da, bu dislokasiyanın Ukrayna-Rusiya arasındakı gərginliyin kulminasiya nöqtəsinə çatması ilə eyni vaxta düşməsi təsadüfi görünmür. Mümkündür ki, ABŞ və NATO qüvvələri Rusiyanın Ukraynaya hərbi təhdidlərinin qarşısını almaq üçün bu cür addım atsın. 
 
6-cı Donanmanın bəyanatından belə anlaşılır ki, ABŞ hərbi gəmiləri Qara dənizdə tək olmayacaqlar, NATO qüvvələri ilə birgə fəaliyyət göstərəcəklər. Bu vaxta qədər Qara dənizdə hər hansı əməliyyatın keçiriləcəyi barədə heç bir məlumatın yayılmaması ABŞ-ın bu addımının öncədən planlaşdırılmadığını göstərir. Belə məlum olur ki, Pentaqonun bu qərarı anidən verilib. Bəs bu plansızlığın və tələskənliyin səbəbi nə ola bilər?
 
 Zənnimizcə, ötən gün Rusiya XİN-in Ukrayna ilə bağlı yaydığı bir məlumat bu suala aydınlıq gətirə bilər. Rusiya XİN bəyanatda bildirmişdi ki, Ukrayna hərbçiləri son zamanlar tez-tez Donbasa hərbi müdaxilə edir və hətta 37 rus vətəndaşını saxlayıblar. Bəyanatda bu gərginliyə son qoyulmasa Moskvanın başqa tədbirlərə əl ata biləcəyinə eyham vurularaq deyilirdi: “Biz öz tərəfimizdən Rusiya vətəndaşlarının harada olmalarından, Donbas da daxil olmaqla, asılı olmayaraq, onların hüquq və mənafelərini qorumaq üçün mümkün olan hər şeyi edəcəyik”. Bu isə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaya biləcəyinə işarə idi. 
  Moskva həmçinin “Normand formatı”nın tərəflərini və ATƏT-i Kiyevi yerli sakinlərə qarşı zorakı hərəkətlərə son qoymaq üçün müraciət etməyə çağırmışdı. Diplomatik ritorikada bu əslində Kiyevə geri addım atması üçün müəyyən müddətə qədər zaman verilməsi anlamına gəlirdi. Görünür, ABŞ da bu mesajı ciddi qəbul edib və Ukraynanı müdafiə etmək üçün Aralıq dənizindəki gəmilərini Qara dənizə göndərib.
 
 Sirr deyil ki, Rusiya tərəfindən enerji blokadasına məruz qalan Ukrayna böhranın silahlı qarşıdurmaya çevrilməsində maraqlı tərəf kimi görünürdü. Çünki özünə qarşı qaz müharibəsinin başladığını anlayır, soyuq mövsümdə enerji ilə sınağa çəkilərək zəifləyə-zəifləyə isti savaşa sürükləndiyini düşünürdü və bəri başdan başının çarəsinə baxmağa qərar vermişdi.(Ovqat.com)
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.