
“Haber Global”ın məlumatına görə, bunları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa ölkələri üzrə direktoru Hans Kluge mətbuat konfransı zamanı bəyan edib.
O, “Delta” ştammının ortaya çıxması ilə əlaqədər köhnə qitədə vəziyyətin yenidən bir il öncəki halına qayıtdığını bildirib.
Klugenin sözlərinə görə, koronavirusun yayılması fonunda yeddi ölkənin məhdudiyyətləri yumşaltmaları narahatedici addımdır. Dövlətlərin xəstə sayının artmasına qarşı mübarizə aparmaqdansa, öncədən onun yayılmasının qarşısını almaları daha düzgün olardı.