Ceyhun Bayramov İranla münasibətlərdən danışdı -
"AZƏRBAYCANIN MÖVQEYİ ODUR Kİ…”
"Son aylar Azərbaycanla İran arasındakı münasibətlərdə bəzi ziddiyyətli məqamlarla bağlı suallar ortaya çıxır. Hər iki tərəfdən bununla bağlı fikirlər səsləndirilib. Biz məsələlərə real baxmalıyıq”. 
 
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
 
Nazir bildirib ki, istənilən iki ölkə arasında, hətta digər qonşu ölkələrlə də fikir ayrılığı ola bilər: “Bu, istisna deyil”. 
 
O, rəsmi Bakının belə ziddiyyətli məqamların həlli ilə bağlı mövqeyini açıqlayıb: "Azərbaycanın mövqeyi odur ki, fikir ayrılıqları olduğu təqdirdə bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll yolları tapılmalıdır. Son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarımla telefon danışıqlarımız oldu. Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr apardıq. Hesab edirəm ki, həmin məsələlər istiqamətində müsbət addımlar atılıb və bundan sonra da atılacaq. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi, müsbət məcrada inkişaf edəcək. Bizi iki yaxın qonşu ölkə olaraq birləşdirən bağlar var. Biz birlikdə xalqlarımızın, dövlətlərimizin rifahı üçün layihələr icra edə bilərik".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.