
Senzor.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı yaydığı açıqlamasında belə deyilir.
Qeyd olunub ki, Rusiya sonrakı demarkasiyası üçün Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazırdır: “10 noyabr 2020-ci il tarixli bəyanatda mühüm müddəa qeyd edilib - regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması. Hesab edirik ki, problemin uzunmüddətli həlli Azərbaycan-Ermənistan- dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır. Rusiya tərəflərin tələbi ilə lazımi məsləhətçi yardımı göstərməyə, lazımi kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.