
Senzor.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib: "Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etdi. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı danışırıq. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasında iddialıyıq".
Prezident köməkçisi onu da vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanla sıx əməkdaşlıq edir, Ermənistan da bu prosesə qoşula və bundan faydalana bilər.