
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu açıqlama ilə Gürcüstanın ədliyyə naziri Rati Breqadze çıxış edib.
"Onun məhkəmə zalına köçürülüb-köçürülməyəcəyi ilə bağlı suala cavab verəcəm: biz ədaləti mümkün qədər təbliğ edəcəyik. Amma tövsiyəmiz budur ki, məhkəmə 12-ci cəzaçəkmə müəssisəsində (Saakaşvilinin həbsdə olduğu yer - red.) keçirilsin. Ciddi tövsiyəmiz budur ki, məhbus 12-ci müəssisədən çıxarılmamalıdır, çünki o, təhlükə ilə üzləşə bilər və biz onu qorumağa borcluyuq", - nazir vurğulayıb.

Bu arada Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti növbəti “çevriliş xəbərdarlığı” yayıb. Bildirilir ki, Mixail Saakaşvili türmədən müxalifət liderlərinə hakimiyyəti güc yolu ilə dəyişməklə bağlı tapşırıqlar verir.

Məlumatda bildirilir ki, mitinq iştirakçıları hüquq-mühafizə orqanı əməkdaşlarını özlərinə cəlb etmək və müxalifət liderlərindən birini məhv etmək imkanlarını da nəzərdən keçirirlər.
DTX xəbərdarlıq edib ki, qanunvericilik daxilində bütün tədbirlər görüləcək və günahkarlar məsuliyyətə cəlb ediləcək.
Qeyd edək ki, gürcü müxalifəti bu gündən Saakaşvilinin saxlanıldığı Rustavi türməsinin önündə daimi aksiya keçirmək qərarı verib. Aksiyanın hədəfi Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsidir.