Türkiyə komandoları İsparta və İqdir rayonları ərazisində yerləşən Davraz dağına yürüş ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, yürüşdə Azərbaycan və Somalidən olan və hazırda Türkiyədə kurs keçən komandolar da iştirak ediblər.
Yürüşün sonunda Darvaz dağının zirvəsinə qalxılıb, orada komandolar müxtəlif marşlar oxuyublar, Azərbaycan, Türkiyə, Somali bayraqları açılıb.
“Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”, - nazirlikdən bildirilib.