Hava kəskin dəyişir, temperatur 5-10 dərəcə enəcək -
XƏBƏRDARLIQ
Havanın kəskin dəyişməsi haqqında xəbərdarlıq edilib.
 
Hidrometeoroloji Proqnozlar Bürosundan senzor.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək havanın qeyri-sabit keçəcəyi gözlənilir.
 
Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.
 
Havanın temperaturunun ayın 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
 
Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.
 
Havanın temperaturu 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.