Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib - YENİLƏNİB
FOTO
Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
 
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. 
Xatirə fotosu çəkdirilib.
 
Sonra iclasda gündəmdə duran məsələlər müzakirə olunub.

**14:51

Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
 
TASS xəbər verir ki, iclası Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb.
 
O bildirib ki, iclasın sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə töhfə verəcək.
 
İclasda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, eləcə də Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri iştirak ediblər.
 
Nazirlər iclasın yekununda 2022-ci il üzrə birgə fəaliyyət planını və hərbi əməkdaşlığın inkiaf perspektivini müəyyənləşdiriblər.
 
Görüşdə həmçinin 2022-ci ildə MDB ölkələri tərəfindən hava hücumundan müdafiə üzrə kompüterləşdirilmiş komanda-qərargah təliminin keçirilməsi ilə bağlı qərar qəbul olunub.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.