
Senzor.az bildirir ki, prezidentlər görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Sizi görməyim çox xoşdur. Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, belə görüşlər çox olacaq. Əlamətdar haldır ki, biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir. Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim ölkələr üçün tarixi əhəmiyyət kəsb edəcək, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlər barədə söhbət etmək üçün yaxşı imkan yaradacaq. Biz həm siyasi, həm iqtisadi, humanitar sahələr ilə bağlı məsələlərin geniş spektri barədə qarşılıqlı aktiv fəaliyyətə ümid edirik və düşünürəm ki, bütün məsələlər spektri üzrə yaxşı potensial var. Artıq xarici işlər nazirləri səviyyəsində görüşlər olub və sizin xarici işlər naziri Azərbaycana səfər edib. Buna görə düşünürəm ki, bu gün biz ölkələrimizin, xalqlarımızın rifahı naminə əlaqələrimizin tamdəyərli olması və son nəticəyə yönəlməsi üçün ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsinə yaxşı təkan verəcəyik. Sizinlə görüşməyə bir daha çox şadam”.

Fürsətdən istifadə edib, bizə 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərilməsinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm”.
Görüşdə həmçinin ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, investisiyalar, energetika, nəqliyyat və digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.
**10:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.
Senzor.az xatırladır ki, Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün keçiriləcək VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasında səfərdədir.