
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.