İran Prezidenti Çavuşoğlu ilə görüşdü -
FOTO
 İran Prezidenti İbrahim Rəisi bu gün Tehranda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki,  bu barədə M.Çavuşoğlu özü “Tvitter”də yazıb.
 
“Prezident Rəisi ilə ticarət, investisiyalar və terrorizmlə mübarizə də daxil olmaqla ikitərəfli əlaqələrimizi, o cümlədən regionumuzda baş verən son hadisələri müzakirə etdik. Əlaqələrimizi daha da inkişaf etdirmək üçün qarşılıqlı iradəmizi bir daha təsdiqlədik", - deyə nazir bildirib.
 
Qeyd edək ki, Mövlud Çavuşoğlu Prezident İbrahim Rəisi ilə görüşdən əvvəl - səhər saatlarında iranlı həmkarı Hüseyn Əmir-Abdollahian ilə görüşmüşdü.
 
Xarici işlər nazirlərinin görüşündən sonra ortaq mətbuat konfransı keçirilmiş və Hüseyn Əmir-Abdollahian bildirmişdi ki, tərəflər gələcək uzunmüddətli ikitərəfli əməkdaşlıq üçün yol xəritəsinin cızılması barədə razılığa gəliblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.