Hulusi Akar Sergey Şoyqu ilə danışdı - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
Aktual
Türkiyənin müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub. Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər Suriyadakı son durumu, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.