Türk pulu daha da ucuzlaşdı -
DOLLAR 11 LİRƏNİ DƏ KEÇDİ
 Türkiyə lirəsi bu gün kəskin ucuzlaşaraq yeni rekorda imza atıb.
 
Senzor.az yerli maliyyə saytlarına istinadən bildirir ki, Türkiyə pul vahidinin dollara qarşı məzənnəsi gün ərzində xeyli azalaraq 11,1 TL/USD təşkil edib.
 
Ümumiyyətlə, Türk lirəsi həftənin əvvəlindən bu yana dollar qarşısında 8%-ə, bu gün isə 5%-ə yaxın dəyər itirib. Nəticədə onun qarşısında ən çox dəyər itirən inkişaf edən ölkə pul vahidi olub.
 
2021-ci ilin əvvəlindən bu yana isə Türk lirəsi dollar qarşısında 50%-ə yaxın ucuzlaşıb.
 
Xatırladaq ki, bu gün Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Şurası növbəti iclasını keçirib və faiz qərarını açıqlayıb. Bank əsas pul siyasəti faizini 1 bənd endirimlə 16%-dən 15% səviyyəsinə salıb. Mərkəzi Bank dekabr ayında da faiz azalda biləcəyinə işarə edib. 
 
Ekspertlər deyirlər ki, ölkədə yüksək inflyasiyaya baxmayaraq, Türkiyə Mərkəzi Bankı Prezident Rəcəb Tayyib Ərdoğanın istəyi ilə faizini aşağı salır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.