
Senzor.az bildirir ki, BBC telekanalına verdiyi müsahibədə qitədə virusun gedişatından çox narahat olduğunu söyləyən Kluge, epidemiyanın yayılmasına səbəb kimi qışın gəlişini, qeyri-adekvat peyvəndlənməni və regionda yoluxucu Delta variantının yayılmasını göstərib.
O, maska taxmaq kimi tədbirlərin təcili həyata keçirilməsi ilə yoluxmanın sayının azala biləcəyini bildirib.

Avstriya cümə günü COVID-19 peyvəndinin qanuni bir tələb olacağını elan edən ilk Avropa ölkəsi olub. Digər bir çox Avropa ölkələri də yoluxma halları artdıqca yeni tədbirlər görürlər.